Bakı,
AzerVoice
Belçikada meymun çiçəyi virusunun yeni variantı ilk dəfə Vallon
bölgəsində bir xəstədə aşkar edilib.
AzerVoice xəbər verir ki, Belçika
Səhiyyə İnstitutunun (Sciensano) verdiyi məlumata görə, bu yeni
variant əvvəlki variantlarla müqayisədə daha yoluxucu hesab
olunur.
Hadisənin Təfərrüatlarına görə, xəstə, Afrikada virus simptomları
göstərən bir şəxslə əlaqə nəticəsində virusa yoluxub. Yoluxmuş şəxs
diaqnoz qoyulmazdan əvvəl özünü təcrid edib.
Ölkə daxilində həyata keçirilən tədbirlər nəticəsində virusun
ümumi əhali üçün aşağı riskli olduğu bildirilib.
Yeni variantın daha yoluxucu olması isə diqqət çəkən əsas
məqamdır.
Qeyd edək ki, Meymun çiçəyi virusu 2023-cü il avqustun 14-də
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "ictimai sağlamlıq
üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" olaraq elan
edilib. Virus əvvəllər Almaniya, İsveç, İngiltərə, ABŞ və bəzi
Asiya ölkələrində də müşahidə olunub.