Əsas səhifə » Haitidə cadugərlik ittihamları ilə kütləvi edamlar baş verib - BMT

Haitidə cadugərlik ittihamları ilə kütləvi edamlar baş verib - BMT

Bakı, AzerVoice

Haitidə cadugərliklə əlaqəli törədilən qırğında 200-dən çox adam öldürülüb.

AzerVoice xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) yayımladığı hesabatda Haitinin Cité Soleil ətrafında, Wharf Jérémie bandasının hücumları nəticəsində ən azı 207 nəfərin öldürüldüyü bildirilib.

Hesabata əsasən, qurbanların 134-ü kişi, 73-ü isə qadındır. Öldürülənlər arasında yaşlı insanlar üstünlük təşkil edir, əksəriyyəti isə cadugərlikdə ittiham edilərək kütləvi edamların qurbanı olub.

Hadisənin başlıca səbəbkarı dəstə lideri Monel "Mecano" Feliks olduğu bildirilir. Uşağının xəstələnməsindən sonra o, sakinləri cadugərlik və vudu mərasimlərində iştirak etməkdə günahlandıraraq hücum əmri verib.

Hücum zamanı öldürülənlərin çoxunun vudu məbədlərindən və mərasimlər zamanı oğurlandığı qeyd edilir. BMT-nin məlumatına görə, Feliksin dəstəsi son 15 ildə ətrafdakı limanlar, anbarlar və magistral yollar arasında strateji əhəmiyyətli əraziyə nəzarət edib.

Digər Kateqoriyalar

2024 © Azervoice