35
Bakı, AzerVoice
78 yaşlı ABŞ-ın keçmiş prezidenti Bill Klinton, yüksək hərarət
şikayəti ilə xəstəxanaya yerləşdirilib.
AzerVoice NBC News-a istinadən xəbər
verir ki, Klinton hazırda tibbi nəzarət altındadır və həkimlərin
dediyinə görə, tezliklə sağalacağı gözlənilir.
Aparat rəhbərinin müavini Angel Urena, Klintonun vəziyyətinin ciddi
olmadığını bildirib.