Əsas səhifə » İranda paytaxtın köçürülməsi üçün layihə hazırlanacaq

İranda paytaxtın köçürülməsi üçün layihə hazırlanacaq

Bakı, AzerVoice

İran prezidenti Məsud Pezeşkian Yol və Şəhərsalma Nazirliyinə paytaxtın Tehrandan köçürülməsi məqsədilə tez bir zamanda layihənin hazırlamasını tapşırıb.

Bu barədə AzerVoice İranın Yol və Şəhərsalma Nazirliyinə istinadən məlumat verib.

İran prezidenti bildirib ki, Yol və Şəhərsalma Nazirliyi universitetlər və beynəlxalq müşavirlərdən istifadə edərək, paytaxtın köçürülməsinin mümkünlüyü məqsədilə hərtərəfli plan hazırlamalı, təsdiqlənməsi və icra olunması üçün hökumətə təqdim etməlidir.

Pezeşkian qeyd edib ki, ehtiyatların və lazımi infrastrukturların çatışmazlığı səbəbindən paytaxtın inkişaf etdirilməsinin qarşısının alınması İranın hazırkı hökumətinin mütləq siyasətidir:

"Ehtiyatlar və infrastrukturlar nəzərə alınmadan şəhərin inkişaf etdirilməsi Tehran sakinlərini üçün ciddi problemlərlə üzləşdirib. Bu prosesin davam etdirilməsi mümkün deyil və vəziyyəti düzəltmək üçün ilk növbədə paytaxtın inkişaf etdirilməsinin qarşısı alınmalıdır".

Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə qanun 2015-ci ildə təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb. İranın hazırkı hökumətinin paytaxtı ölkənin cənubuna köçürmək niyyətində olduğu bildirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice