Əsas səhifə » Fransada yeni hökumət qurulub

Fransada yeni hökumət qurulub

Bakı, AzerVoice

Fransada Mişel Barnier hökumətinin müxalifətin etimadsızlıq təklifi ilə devrilməsindən sonra, dekabrın 13-də prezident Emmanuel Makron tərəfindən baş nazir təyin edilən Fransua Bayru yeni hökuməti formalaşdırıb.

AzerVoice xəbər verir ki, Yelisey Sarayının baş katibi Aleksis Kohler Bayrunun sağ mərkəzçi Demokratik Hərəkat (MoDem) partiyasından baş nazir olaraq, 10 günlük danışıqlar nəticəsində yeni kabineti qurduğunu elan edib.

Yeni hökumətdə keçmiş baş nazirlərdən Elisabeth Borne təhsil naziri, Manuel Valls Xarici ərazilər naziri təyin edilib. Digər nazirlər arasında Erik Lombard maliyyə, Cerald Darmanin daxili işlər, Ketrin Votrin səhiyyə, Enni Cenevard kənd təsərrüfatı, Mari Barsak idman və gənclər, Fransua Rebsamen isə ətraf mühit naziri olub. Müdafiə naziri Sebastyan Lekornu, xarici işlər naziri Jan-Noel Barrot və mədəniyyət naziri Raçida Dati öz postlarını qoruyublar.

Yeni hökumətə qarşı ifrat sağçıların təsdiqi ilə bağlı müzakirələr sosial mediada gündəmə gəlib. Hauts-de-France Bölgəsinin rəhbəri Xavier Bertrand yeni hökumətdə təklif olunan vəzifəni rədd edərək, ifrat sağçı təsirləri qəbul etmədiyini vurğulayıb.

Makronun Bayrounu baş nazir təyin etməsi, parçalanmış parlamentdə konsensusun çatışmazlığı ilə əlaqələndirilib. Müxalifət, xüsusilə seçkilərin qalibi Yeni Xalq Cəbhəsi (NFP) və ifrat sağçı Milli Birlik (RN) partiyalarından üzvlərin hökumətdə olmamasına görə yeni kabineti tənqid edir.

Bayrou hökumətinə qarşı etimadsızlıq təklifinin davam etdiyi və hökumətin, sələfi Barnier hökuməti kimi uzunömürlü olmayacağı ehtimal edilir.

Digər Kateqoriyalar

2024 © Azervoice