Əsas səhifə » Mozambikdə Çido qasırğası ciddi tələfata səbəb olub

Mozambikdə Çido qasırğası ciddi tələfata səbəb olub

Bakı, AzerVoice

Mozambikdə baş verən "Çido" qasırğası ciddi insan tələfatına və maddi ziyana səbəb olub.

AzerVoice xəbər verir ki, Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutu (INGD) dekabrın 15-də Çido qasırğasının ölkənin Hind okeanı sahillərini vurduğunu açıqlayıb.

Açıqlamaya görə, qasırğa nəticəsində nəticəsində ölənlərin sayı 94-ə yüksəlib. Sürəti saatda 260 kilometrə çatan qasırğada 768 nəfər xəsarət aldığı halda, qasırğadan təxminən 622 min adam zərər çəkib.

Həmçinin, 52 sağlamlıq mərkəzinin, 89 ictimai binanın və 250 məktəbin zərər gördüyü təxminən 140 min evin qismən və ya tamamilə dağıldığı bildirilib.

"Çido" qasırğası əvvəlcə Hind okeanında yerləşən Fransanın Mayotte koloniyasını vurub, sonra Mozambik, Malavi və Zimbabvedə fəlakətə səbəb olub. Qasırğanın sürəti saatda 260 kilometrə çatıb ki, bu da onun dağıdıcı gücünü göstərir.

Bu qasırğa, iqlim dəyişikliyinin təsirlərinin necə ağır ola biləcəyini bir daha nümayiş etdirir. İqlim böhranından mənfi təsirlənən bölgələrdə təbii fəlakətlərin daha çox və daha dağıdıcı olacağı proqnozlaşdırılır.

Digər Kateqoriyalar

2024 © Azervoice