Bakı, AzerVoice
Braziliyanın Minas Gerais əyalətində baş verən zəncirvari yol
qəzasında ölənlərin sayı 41-ə çatıb.
AzerVoice xəbər verir ki, qəza
dekabrın 21-də Teofilo Otoni bölgəsindəki BR-116 magistral yolunda
baş verib. Hadisənin səbəbi kimi əks tərəfdən gələn yük maşınından
qopan və normadan artıq yüklənmiş qranit blokunun digər nəqliyyat
vasitələrinə çırpılması göstərilib.
Minas Gerais əyalət polisi bildirib ki, qəzada ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və yük maşını sürücüsünün tapılması üçün işlər davam edir. Hadisə zamanı əvvəlcə 30 nəfərin həyatını itirdiyi bildirilmişdi, lakin daha sonra bu rəqəm 41-ə yüksəlib.
Hadisə ilə bağlı istintaq davam edir və təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı müzakirələr aparılır.