Bakı, AzerVoice
İtaliyanın paytaxtı Roma şəhərindəki məşhur Trevi Fəvvarəsi
(Fontana di Trevi) geniş təmir işlərindən sonra yenidən açılıb.
AzerVoice xəbər verir ki, fəvvarədə
oktyabr ayında başlanmış təmir, baxım və təmizlik işləri başa
çatıb.
Bu işlərin həyata keçirilməsi zamanı ziyarətçilərin marağını
itirməməsi üçün fəvvarənin böyük hovuzunun üzərində gəzinti cığırı
qurulmuşdu.
Təmir prosesi 3 ay davam edib və ümumilikdə 327 min avroya başa
gəlib. Layihə İtaliyanın Avropa İttifaqından təmin etdiyi bərpa
fondundan maliyyələşdirilib.
Roma Bələdiyyəsinin verdiyi açıqlamaya görə, fəvvarə ətrafında
izdihamın qarşısını almaq üçün eyni anda yalnız 400 nəfərin daxil
olmasına icazə veriləcək. Giriş pulsuz olacaq və hər gün saat
09:00-dan 21:00-dək məhdud sayda ziyarətçi qəbul ediləcək. Axşam
saatlarından sonra isə bu məhdudiyyət tətbiq olunmayacaq.
Roma Bələdiyyə Başçısı Roberto Qualtieri fəvvarənin əvvəlki
görkəminə qaytarıldığını vurğulayıb və mərmərin təmizlənməsindən
sonra rənglərinin daha aydın göründüyünü bildirib. Bundan əlavə,
fəvvarə ətrafında oturmağa icazə verilməyəcəyi açıqlanıb.
Qeyd edək ki, tarixi baxımdan əhəmiyyətli olan Trevi Fəvvarəsi
18-ci əsrdə italyan memar Nikola Salvini tərəfindən inşa edilib.
Fəvvarə sonuncu dəfə 2014-cü ildə geniş bərpadan keçmişdi.
Romanın tarixi Trevi fəvvarəsi təmir işlərindən sonra yenidən açılıb
34