27
Bakı. AzerVoice
Pakistan bizə zərbə vurmaq üçün istifadə oluna biləcək raketlər hazırlayır.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Fayner cümə axşamı bildirib. O qeyd edib ki, nüvə silahına malik Pakistan uzun mənzilli ballistik raket imkanlarını inkişaf etdirir və nəticədə ABŞ da daxil olmaqla Cənubi Asiyadan kənarda hədəfləri vurma imkan əldə edə bilər.
Ağ Evin yüksək rütbəli rəsmisi əlavə edib ki, İslamabadın davranışı onun niyyətləri ilə bağlı “real suallar” yaradır.
Fayner Karnegi Beynəlxalq Sülh Fondundakı çıxışında deyib: “ Pakistanın hərəkətlərini ABŞ üçün təhlükədən başqa bir şey kimi görmək mümkün deyil”