Bakı,
AzerVoice
ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin
müavini Barbara Leaf yaxın günlərdə Suriyanın paytaxtı Dəməşqə
səfər edəcək.
AzerVoice xəbər verir ki, bundan
əvvəl, ABŞ dövlət katibi Entoni Blinken, Şamda hakimiyyətə gələn
müxalifət koalisiyasının lideri Heyət Təhrir əl-Şam ilə birbaşa
əlaqə qurulduğunu açıqlamışdı.
Blinken, ABŞ-ın bu qrupla əlaqə saxladığını və əlaqənin 2012-ci
ildən bəri Suriyada itkin düşən amerikalı jurnalist Austin Tice-nin
tapılması səylərinin bir hissəsi olduğunu bildirib.
Blinken, Suriyadakı keçid prosesinin "suriyalılar tərəfindən idarə
edilməli və suriyalılar tərəfindən müəyyən edilməlidir" olduğunu
vurğulayıb və ölkənin bütün komponentlərini təmsil edən inklüziv
bir hökumətin qurulmasını istədiyini bildirib.
O, həmçinin qadınlar və azlıqlar da daxil olmaqla bütün
suriyalıların hüquqlarına hörmət edilməsinin vacibliyini qeyd edib
və humanitar yardımın ehtiyacı olan insanlara çatması üçün
tədbirlər görülməsinin vacib olduğunu əlavə edib.
ABŞ dövlət katibinin müavini Dəməşqə səfər edəcək
110