Əsas səhifə » Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanacaq

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlanacaq

Bakı,AzerVoice

III Xalq Qurultayında çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndələrə bildirib ki, dekabrın 27-də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi üzrə rəsmi işlərə başlanılacaq.

AzerVoice xəbər verir ki, Japarovun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsi on illərdir ki, planlaşdırılır.

“Dekabrın 27-də bu yolun tikintisi ilə bağlı rəsmi işlərə başlanılacaq. O, Şərqlə Qərbi birləşdirən strateji körpü olacaq”, - deyə o bildirib.

Japarov qeyd edib ki, əsrin quruculuğu ticarət, turizm və sənaye üçün yeni imkanlar açacaq.

Digər Kateqoriyalar

2024 © Azervoice