34
Bakı, AzerVoice
ABŞ Prezidenti Co Baydenin 9-12 yanvar 2025-ci il tarixlərində
İtaliyaya rəsmi səfər edəcək və bu çərçivədə Roma Papası Fransisk,
İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Giorgia Meloni
ilə görüşəcək
AzerVoice xəbər verir ki, bu, Baydenin
prezident vəzifəsində olduğu dövrdə Papa Fransisklə ikinci görüşü
olacaq.
Baydenin səfəri, onun prezidentlik müddətinin başa çatmasından
az əvvəl baş tutur.
Qeyd edək ki, 2025-ci il yanvarın 20-də Co Bayden vəzifəsini Donald
Trampa təhvil verəcək. Görüşün əsas mövzuları barədə dəqiq məlumat
verilməsə də, beynəlxalq siyasət, iqlim dəyişikliyi, insan haqları
və sosial ədalət kimi mövzuların müzakirə edilməsi gözlənilir.