Əsas səhifə » Yüzlərlə Şimali Koreyalı Ukrayna ilə toqquşmalarda itkin düşüb - ABŞ

Yüzlərlə Şimali Koreyalı Ukrayna ilə toqquşmalarda itkin düşüb - ABŞ

Bakı, AzerVoice

Şimali Koreya qüvvələri Ukrayna sərhədinə yaxın Rusiyanın Kursk bölgəsində Kiyev qüvvələri ilə toqquşmalarda ağır itkilər verib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.

Məlumata görə, itkilər arasında ölü, yaralı və itkin düşənlər var, ümumi sayı isə "yüzlərlə" olaraq təxmin edilir.

Pxenyan bu ilin əvvəlində Ukrayna sərhədindəki münaqişələrdə Rusiyaya dəstək olmaq məqsədilə minlərlə hərbçi göndərib. ABŞ rəsmisi, anonim qalmaq şərti ilə verdiyi açıqlamada, Şimali Koreyanın itkilərinin əsasən döyüş təcrübəsinin olmaması ilə əlaqəli olduğunu vurğulayıb.

"Bunlar döyüş qabiliyyətinə malik əsgərlər deyil. Onlar heç vaxt real müharibədə iştirak etməyiblər. Bu da onların yüksək itkilər verməsinə səbəb olur." - deyə bildirib.

ABŞ rəsmisinin bəyanatı, Ukraynanın Baş Qərargah rəisi Oleksandr Sirskinin Rusiyanın Şimali Koreya əsgərlərini Kursk bölgəsində "intensiv hücumların" ortasına atdığına dair açıqlamalarından sonra gəlib.

Məlumatlara görə, Rusiyanın 2022-ci ilin fevralında Pxenyan arasında hərbi əlaqələr güclənib. Həmçinin, bu ayın əvvəlində iki ölkə arasında tarixi müdafiə sazişi qüvvəyə minib.

Ekspertlər bildirirlər ki, Şimali Koreyanın lideri Kim Çen In, bu əməkdaşlıqdan istifadə edərək öz qoşunları üçün qabaqcıl texnologiya və döyüş təcrübəsi əldə etməyə çalışır.

Digər Kateqoriyalar

2025 © Azervoice