Bakı,
AzerVoice
Hind okeanındakı Mayotte adasını vuran Çido qasırğası səbəbindən
ölənlərin sayı artmaqdadır.
AzerVoice xəbər verir ki, Mayottenin
qubernatoru Fransua-Xavier Bieuville adada dağılan evlər və iş
yerləri səbəbindən axtarış-xilasetmə işlərinin davam etdiyini
bildirib.
Rəsmi itki sayının hazırda 14 olduğu, lakin bu rəqəmin yüzlərlə,
hətta minə yaxınlaşa biləcəyi bildirilib.
Fransa materikindən və qonşu Reunion adasından adaya 800-dən çox xilasetmə qrupu göndərilib. Qasırğa ilə bağlı vəziyyəti qiymətləndirmək üçün Daxili İşlər naziri Bruno Retallonun bu gün Mayottaya səfər etməsi, prezident Emmanuel Makronun isə bölgəyə səfər edərək nazirliklərarası böhran masası yaratması gözlənilir.
Qeyd edək ki,hadisəyə səbəb olan qasırğa dekabrın 14-də adaya
çatıb və saatda 220 km sürətlə hərəkət edərək geniş miqyasda
dağıntılara səbəb olub.
Paytaxt Mamoudzoudakı xəstəxana binası, liman və bəzi məktəblər də
daxil olmaqla, bir çox bina zərər görüb. Müvəqqəti evlərin də böyük
hissəsi tamamilə dağılıb.