Əsas səhifə » Avropa ölkələri Suriyalıların sığınacaq müraciətlərini dayandırıb

Avropa ölkələri Suriyalıların sığınacaq müraciətlərini dayandırıb

Bakı, AzerVoice

Suriyada dəyişən siyasi şərait və Bəşər Əsəd rejiminin mövqeyinin möhkəmlənməsi bəhanəsi ilə bir çox Avropa ölkəsi suriyalı qaçqınların sığınacaq müraciətlərini dayandırmaq qərarına gəlib.

AzerVoice xəbər verir ki, bu ölkələr arasında Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstriya və digər Avropa dövlətləri yer alır.

Böyük Britaniya Daxili İşlər Nazirliyi, Suriyadakı mövcud vəziyyəti yenidən qiymətləndirdiklərini və suriyalı qaçqınların müraciətlərinin nəzərdən keçirilməsini müvəqqəti olaraq dayandırdıqlarını bəyan edib.

Fransa, müraciətlərin təxirə salındığını və mövcud vəziyyətə uyğun yeni siyasət üzərində işlədiyini açıqlayıb.

Almaniya və İtaliya hökumətləri, digər Avropa dövlətlərinin mövqeyinə uyğun olaraq sığınacaq proseslərini müvəqqəti dayandırıblar.

Avstriya müvəqqəti hökuməti, Suriyadakı şəraitdəki dəyişikliklər səbəbindən suriyalı qaçqınlarla bağlı prosedurların dayandırıldığını və deportasiya planları hazırladıqlarını bildirib.

Skandinaviya ölkələrindən Norveç, sığınacaq müraciətlərinin təsdiq və ya rədd edilməyəcəyini, gözləməyə alındığını bildirərkən, İsveç və Danimarka da oxşar siyasətə keçdiklərini bəyan ediblər.

Qərarlar Avropa ölkələrinin qaçqınların hüquqlarına dair beynəlxalq öhdəliklərindən geri çəkilməsi kimi qiymətləndirilir. İnsan hüquqları təşkilatları və qaçqın hüquqları üzrə ekspertlər, bu qərarların qaçqınların təhlükəsizliyini ciddi təhlükə altına alacağı ilə bağlı xəbərdarlıq ediblər.

Digər Kateqoriyalar

2024 © Azervoice