Bakı, AzerVoice
Almaniya kansleri Olaf Schulz və Fransa prezidenti Emmanuel Makron,
Suriya prezidenti Bəşər Əsədin devrilməsi ehtimalı və sonrakı
dövrdə yaranacaq vəziyyəti müzakirə ediblər.
AzerVoice xəbər verir ki, Berlindən
yayımlanan açıqlamada qeyd olunub ki, iki lider Suriyanın yeni
rəhbərliyi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Açıqlamada "Onlar yeni liderlərlə əməkdaşlığın əsas insan haqları
prinsiplərinə, etnik və dini azlıqların müdafiəsinə əsaslanacağı
barədə razılığa gəliblər." - deyə bildirilib.
Schulz və Makron, Suriyada sülh və sabitliyin bərpa olunması üçün beynəlxalq ictimaiyyətin vahid yanaşmasının vacibliyini qeyd edərək, bu əməkdaşlığın konkret şərtlər daxilində mümkün ola biləcəyini ifadə ediblər.