Əsas səhifə » Gürcüstan Patriarxlığı Salome Zurabişvilini sözlərinə məsuliyyətlə yanaşmağa çağırıb

Gürcüstan Patriarxlığı Salome Zurabişvilini sözlərinə məsuliyyətlə yanaşmağa çağırıb

Bakı. AzerVoice

Gürcüstan Patriarxlığı Prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığı bəyanat yayıb.

Bildirilir ki, məsuliyyətsiz bəyanatlar və sözlər hamı üçün faciəvi nəticələrə səbəb ola bilər.

Qeyd olunur ki, etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb. Hər axşam parlamentin yaxınlığında yüzlərlə insan toplaşır, onlardan bəziləri infrastruktura ziyan vurur, polisə və xüsusitəyinatlılara daş atır, pirotexniki vasitələrlə “atəş” açır. Polis təzyiqli su şırnağı, gözyaşardıcı qaz və bibər qazı ilə cavab verir.

“Gürcüstan prezidentinin “X” sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, “universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır”. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanatlar verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır. Gələcək nəsillərin sağlamlığına zərər verilməsi son dərəcə narahatedicidir”, - deyə açıqlamada qeyd edilib.

“Bundan əlavə, naməlum şəxslərin məktəb rəhbərliyi ilə üzləşməsi, məktəblərə daxil olması, tədris prosesini pozması və tələbələrə müraciət etməsi kimi haqlı hiddətə səbəb olan görüntülər yayılır. Bu, qətiyyən yolverilməzdir və dərhal dayandırılmalıdır”, - bəyanatda deyilir.

Qeyd edək ki, Gürcüstan Prezidenti S.Zurabişvili etiraz aksiyaları zamanı asayişi qoruyan polis əməkdaşlarının və xüsusitəyinatlıların narkotik vasitələrin təsiri altında olmaları barədə məlumatı da ciddi etirazlara səbəb olub.

Digər Kateqoriyalar

2024 © Azervoice