Əsas səhifə » Cənubi Koreyada 38 vyetnamlı turist yoxa çıxıb

Cənubi Koreyada 38 vyetnamlı turist yoxa çıxıb

Bakı, AzerVoice

Ötən ay Cənubi Koreyanın cənubundakı Jeju adasına səfər edən Vyetnam turist qrupunun 38 nəfərindən xəbər alınmayıb.

AzerVoice xəbər verir ki, mövzu ilə bağlı Jeju Turizm Təşkilatından açıqlama verilib.

Açıqlamada, noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən Jeju adasına gələn 90 nəfərlik turist qrupundan 38 nəfərin noyabrın 17-də geri dönüş təyyarəsinə minmədiyi açıqlanıb.

İtkin düşən vyetnamlı turistlərin harada olduğunu müəyyən etmək üçün başladılan istintaqın davam etdiyi öyrənilib.

Qeyd edək ki, Jeju adasına gələnlər 30 günə qədər vizasız qala bilərlər. Vyetnamlı turistlərin vizasız adada qala biləcəyi qanuni müddət dekabrın 14-də başa çatacaq.

Digər Kateqoriyalar

2024 © Azervoice