Bakı, AzerVoice
İran prezidenti Məsud Pezeşkian ölkəsinin Suriyada yaraqlılarla mübarizə aparmaq üçün əlindən gələni edəcəyini bildirib.
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki,Öz növbəsində İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib ki, Suriyada baş verən hadisələrdə İsrailin rolunun bir çox göstəriciləri var, xüsusən də Livanda atəşkəs rejimi ilə silahlıların hücumu üst-üstə düşür.
İran səfiri İŞİD-in artan təsirləri ilə bağlı xəbərdarlıq edib və deyib ki, “İŞİD Suriya və İraqda mövcudluğunu bərqərar etsə, Avropa, Cənub-Şərqi Asiya və İslam ölkələrində təhlükəsiz olmayacaq”
Çərşənbə günü Heyət Təhrir əş-Şam (Əl-Qaidə təşkilatından ayrılmadan əvvəl Əl-Nusra Cəbhəsi) və daha az nüfuzlu silahlı qruplaşmalar görünməmiş bir hücuma başladılar və bu, Hələb valiliyində son illərin ən şiddətli hücumu hesab olunur. Qonşu İdlib (şimal-qərb) və Həma (mərkəzi) əyalətlərində onlarla qəsəbə silahlı müxalifətin nəzərinə keçib.