Əsas səhifə » Co Bayden oğlu Hunter üçün əfv qərarı verib

Co Bayden oğlu Hunter üçün əfv qərarı verib

Bakı, AzerVoice

ABŞ prezidenti Co Bayden, vergidən yayınmaq və silah əldə etməkdə qanun pozuntularında ittiham olunan oğlu Hunter Baydeni əfv edib.

AzerVoice xəbər verir ki, Bayden yazılı açıqlamasında, bu qərarın "siyasi qisas" məqsədi daşıdığını və ədalət sisteminin siyasətə qarışdığını vurğulayıb.

O, əvvəllər Ədliyyə Departamentinin işlərinə qarışmayacağına dair söz verdiyini xatırladaraq, Respublikaçıların Hunter Baydenin işini siyasətləndirdiyini iddia edib.

Belə ki, Hunter Bayden 2017-2018-ci illərdə 1,4 milyon dollar vergidən yayınmaqda ittiham olunub və saxta vergi bəyannamələri təqdim etməklə bu qanun pozuntularını törətdiyi bildirilib. Eyni zamanda, o, qanunsuz silah əldə etməkdə də təqsirli bilinib.

Bayden, oğlunun hüquqlarını müdafiə edərkən, Ədliyyə Departamentinin onun üzərinə qoyduğu ittihamları rədd etdiyini bəyan edib. O, ABŞ tarixində ilk dəfə olaraq, vəzifədə olan bir prezidentin oğlunun mühakimə olunmasına diqqət çəkib.

Digər Kateqoriyalar

2025 © Azervoice