76
Bakı, AzerVoice
Malayziyada güclü daşqın nəticəsində dörd nəfər həlak olub, təxminən 100 min nəfər təxliyə olunub.
AzerVoice xəbər verir ki, fəlakətin səbəbi güclü leysan yağışlarıdır.
Məlumata əsasən, təbii fəlakət Malayziyanın yeddi ştatını əhatə edib: Perlis, Kedah, Perak, Kelantan, Trenganu, eləcə də Neqri-Sembilan və Daşqınangor.
Daşqının nəticələrinin aradan qaldırılması üçün hakimiyyət orqanları 82 000-dən çox təhlükəsizlik xidmətinin əməkdaşını cəlb edib. Zərərçəkənlər üçün 467 müvəqqəti təxliyə mərkəzi təşkil olunub
Qeyd edilib ki, Taylandla sərhəddə yerləşən Golok çayında suyun səviyyəsi 1997-ci ildən bəri ən yüksək həddə çatıb.