Əsas səhifə » İranda hər il 40 min insan bu səbəbdən ölür

İranda hər il 40 min insan bu səbəbdən ölür

Bakı, AzerVoice

Hər il qlobal miqyasda təsirini daha çox hiss etdirən və kütləvi ölümlərə səbəb olan hava çirkliliyinin İranda minlərlə insanın ölümünə səbəb olduğu açıqlanıb.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, səhiyyə naziri Zəfərkəndi qatıldığı proqramdan sonra ölkədə havanın çirklənməsi ilə bağlı məlumat verib.

“Statistikaya görə, hər il 40 minə yaxın insan havanın çirklənməsi səbəbindən ölür. Havanın çirklənməsinin ölkəyə xərci təxminən 12 milyard dollar ziyan vurur. Bu onu göstərir ki, bu problemi həll etmək lazımdır”-deyə Zəfərkəndi bildirib.

İranlı nazir bəyan edib ki, havanın çirklənməsi də xüsusilə uşaqlarda astma və ağciyər xəstəliklərinə səbəb olur.

Zəfərkəndi sözügedən məlumatların birbaşa və ya dolayı ölümləri göstərməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Digər Kateqoriyalar

2024 © Azervoice