Bakı, AzerVoice
Ərəb dünyasının beş ölkəsini – Fələstin,Livan,İraq, Yəmən və Suriya- öz məzhəb siyasi ilə viran qoyan İran bəslədiyi Hizbullah və İsrail arasında imzalanan atəşkəs məsləsində siyasi şizofreniya nümayiş etdirir. Tehran həm İsrail – Hizbullah atəşkəsini alqışlayər həm də, İsrailə cavab vermək haqqının olduğunu bildirir.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, belə ki, İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirib ki, Tehran ötən ay İsrailin öz ərazisinə endirdiyi hava hücumlarına cavab vermək hüququnu özündə saxlayır, lakin regiondakı digər hadisələri də nəzərə alır.
Araqçi Lissabon səfəri zamanı jurnalistlərə bildirib ki, ölkəsi Livanda çərşənbə axşamı günü əldə edilmiş razılaşmanı alqışlayır və bunun daimi atəşkəsə gətirib çıxaracağına ümid edir.
Qeyd edək ki,İsrail və İranın dəstəklədiyi Hizbullah qruplaşması arasında atəşkəs ABŞ və Fransanın vasitəçiliyi ilə çərşənbə günü qüvvəyə minib.
İsrailə cavab vermək haqqını özündə saxlayan İran rəsmisi ,atəşkəsin İsrail və İran arasında gərginliyin azaldılmasına gətirib çıxara biləcəyi ilə bağlı suala cavab olaraq Əraqçi deyib: “Bu, İsrailin davranışından asılıdır”-deyib.
İran lideri Əli Xamneyinin baş müşaviri Əli Laricani bazar günü Tasnim Xəbər Agentliyinə verdiyi müsahibədə ölkəsinin İsrailə “cavab verməyə” hazırlaşdığını bildirib.
İsrail və Hizbullah arasında olan atəşkəs ərəb dünyasında da birmənalı qarşılanmayıb və “Ərəb küçəsi” bu ittifaqı HƏMAS-a qarşı xəyanət adlandırıb.