41
Bakı. AzerVoice
Ermənistan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
AzerVoice erməni KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
O qeyd edib ki, İrəvan KTMT-nin sammitində iştirak etməsə də, planlaşdırılan sənədlərin qəbul edilməsinə etiraz etmir.
Qeyd edək ki, KTMT-nin sammitini noyabrın 28-də Astanada keçiriləcək.