72
Bakı. AzerVoice
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, onun bu vəzifədə varisi olması gözlənilən Floridadan respublikaçı konqresmen Mayk Vals ilə xarici siyasət və təhlükəsizlik məsələlərini müzakirə edib.
AzerVoice Axios portalına istinadən xəbər verir ki, görüş bu həftənin əvvəlində baş tutub. Bu, Donald Trampın Vals-ı milli təhlükəsizlik üzrə müşavir təyin etmək niyyətini elan etməsindən sonra ilk görüş olub.
Məlumata görə, tərəflər Qəzza zolağındakı müharibə vəziyyəti və digər milli təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş ABŞ-ın gələcək xarici siyasət kursunun formalaşması baxımından diqqət mərkəzindədir.