6
Bakı. AzerVoice
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasında sərmayədar Skott Bessenti Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizəd kimi irəli sürüb.
AzerVoice-nin məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
O bildirib ki, maliyyə naziri vəzifəsinə “dünyanın aparıcı beynəlxalq investorlarından biri kimi hörmət edilən” Bessentin namizədliyini irəli sürür.