Əsas səhifə » Yaponiya silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

Yaponiya silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

Bakı. AzerVoice

Yaponiya hökuməti hərbi-sənaye kompleksinin keyfiyyətcə inkişafı və silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlamağa başlayıb.

AzerVoice-nin məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, hərbi texnikanın xaricə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın bu sektorunun biznes, o cümlədən kiçik və orta sahibkarlar üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Yeni strategiyanı əks etdirən sənədlərin 2025-ci ildə dərc olunması gözlənilir.

Digər Kateqoriyalar

2024 © Azervoice