Bakı, AzerVoice
İran prezidenti Məsud Pezeşkian İran paytaxtının köçürülməsi üzrə tapşırıq verib
AzerVoice-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Tehranda bəzi vilayətlərin nümayəndələri ilə görüşdə deyib.
İran paytaxtının köçürülməsi 1-ci vitse-prezident Məhəmməd Rza Arifə həvalə olunub.
Prezidentin sözlərinə görə, İran paytaxtının köçürülməsi üzrə tədqiqatlar artıq başlanıb.
İran prezidenti qeyd edib ki, bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ətraf mühit problemləri və başqa problemlər yaranacaq.
Pezeşkian əlavə edib ki, İran qonşu ölkələrin potensiallarından yararlanmağa çalışır. İran hökuməti qonşu ölkələrlə iqtisadi əlaqələrin möhkəmləndirilməsi önəm verir. Çünki bu, ölkənin iqtisadi inkişafı etməsinə və sanksiyaların təsirinin azalmasına kömək göstərə bilər.