Əsas səhifə » MDB ölkələrinin nəqliyyat nazirlərinin iclası keçirilib

MDB ölkələrinin nəqliyyat nazirlərinin iclası keçirilib

Bakı,AzerVoice

Rusiyanın paytaxtı Moskvada MDB ölkələrinin nəqliyyat nazirlərinin iclası keçirilib

AzerVoice xəbər verir ki, iclasa Rusiyanın nəqliyyat naziri Roman Starovoit sədrlik edib.

MDB-yə üzv dövlətlərin Nəqliyyat üzrə Koordinasiya İclasının 44-cü iclasında tərəflər nəqliyyat-logistika potensialının və infrastrukturunun inkişafı məsələlərini müzakirə ediblər.

Bundan başqa, Aİ üzv dövlətlərinin nəqliyyat sahəsində səlahiyyətli orqan rəhbərləri Şurasının iclası keçirilib.

Qeyd edək ki, noyabrın 19-dan 21-dək Moskvada “Nəqliyyat həftəsi” tədbiri keçirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice