Bakı, AzerVoice
Ukrayna Amerika istehsalı olan 6 raketlə Bryansk bölgəsinə hücum
edib
AzerVoice xəbər verir ki, bu barədə
Rusiya Müdafiə Nazirliyi məlumat verib. Nazirlikdən verilən
açıqlamaya görə, Ukraynanın Bryansk bölgəsinə Amerika istehsalı
olan uzunmənzilli ATACMS raketləri ilə hücum təşkil edilib.
Raketlərin Rusiyanın S-400 və "Pantsir" hava hücumundan müdafiə sistemləri tərəfindən bloklandığı bildirilib.
Təsdiqlənmiş məlumata əsasən, hücumda Amerika istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Onlardan 5-i vurulub, 1-i isə zədələnib. Həmin raketin hissələri Bryansk bölgəsində hərbi obyektin texniki zonasına düşərək yanğına səbəb olub. Yanğın hazırda söndürülübə
Eyni zamanda, "The Washington Post" qəzeti iki yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər yayıb ki, ABŞ rəhbərliyi Ukraynaya ATACMS raket sistemlərindən məhdud şəkildə istifadə etməyə icazə verib.
Bu, Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmasına imkan tanıyıb.
Kremlin sözçüsü Dmitri Peskov bu iddialara cavabında "Bu, ABŞ-ın Ukraynadakı münaqişəyə qarışma tərzini köklü şəkildə dəyişdirir." deyə bildirib.
Bu gün Rusiya prezidenti Vladimir Putin isə ölkəsinə ballistik raketlərlə hücum edildiyi təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı təsdiqləyib.