Əsas səhifə » Cənubi Koreya Meta şirkətini cərimələyib

Cənubi Koreya Meta şirkətini cərimələyib

Bakı,AzerVoice

Cənubi Koreya sosial media nəhəngi Meta-nı icazəsiz istifadəçi məlumatlarını toplayıb üçüncü şəxslərlə paylaşdığına görə 21,62 milyard von (təxminən 15,67 milyon dollar) cərimələyib.

AzerVoice xəbər verir ki, bu barədə Cənubi Koreya Şəxsi Məlumatların Qorunması Komissiyası (PIPC) açıqlama verib.

Açıqlamada, Meta-nın təxminən 980 min Cənubi Koreyalı Facebook istifadəçisinin şəxsi məlumatlarını topladığı və istifadəçinin razılığı olmadan bu məlumatları reklamçılarla paylaşdığı bildirilib.

Toplanmış məlumatlara həmçinin istifadəçilərin siyasi baxışları, dini inancları və bir bir sıra həssas məlumatlar daxildir.

Bildirilib ki, Meta bu məlumatları təqribən 4 min reklamçıya ötürüb və istifadəçi məxfiliyini pozub.

Bu cərimə, məlumatların məxfiliyi ilə bağlı bütün dünyada Meta-ya təzyiqi artırıb.

Digər Kateqoriyalar

2024 © Azervoice