Əsas səhifə » Qəzzada bir milyon uşaq cəhənnəmi yaşayır – BMT

Qəzzada bir milyon uşaq cəhənnəmi yaşayır – BMT

Bakı, AzerVoice

Qəzzada bir milyon uşaq cəhənnəmi yaşayır və son bir il ərzində hər gün 40-a yaxın uşaq öldürülüb.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya dünən (şənbə) verdiyi açıqlamada Qəzza zolağının şimal hissəsində mühasirə şəraitində yaşayan fələstinlilərin “ağlasığmaz dəhşət” yaşadıqlarını bildirib.

“Qəzzanın şimalından şok xəbərlər gəlir. “Bu vəhşiliyə son qoyulmalıdır” – deyə Msuya X hesabında etdiyi paylaşımda bildirib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder isə Qəzzada vəziyyətin hər gün biraz daha pisləşdiyini deyib.

Qeyd edək ki, İsrail ordusu HƏMAS üzvlərinin 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə həyata keçirdikləri hücuma cavab olaraq bir ildir Qəzza zolağında genişmiqyaslı əməliyyat keçirir.

Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, “2023-cü ilin oktyabrında Qəzza zolağına İsrailin hücumlarının başlamasından bu yana İsrail tərəfindən öldürülənlərin sayı 42 mini keçib”.

Digər Kateqoriyalar

2024 © Azervoice