48
Bakı, AzerVoice
Afrikada son bir həftə ərzində meymun çiçəyi virusundan (mpox) 50 nəfər ölüb, bununla da qitənin 18 ölkəsində virusdan ölənlərin sayı 1,1 min nəfərə çatıb .
AzerVoice xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəhbəri Jan Kaseya məlumat verib.
"Biz bu epidemiya ilə mübarizə aparmağa davam edirik və bunun bütün Afrika ölkələrinə yayılmasını istəmirik",- deyə o bildirib.
O, həmçinin vəziyyətin nəzarətdən çıxmasından narahatlığını bildirib və beynəlxalq tərəfdaşları yardım göstərməyə çağırıb.
Qeyd edək ki, Afrikadan kənarda yeni, daha yoluxucu olan mpox ştammının ilk halı İsveçdə qeydə alınıb . Xəstə Afrikaya səfər etdikdən sonra yoluxub.