63
Bakı. AzerVoice:
Çin 11 peykdən ibarət "Geely-02 constellation" qrupunu orbitə bir daşıyıcı raketlər buraxıb.
AzerVoice-nin məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, buraxılış Çinin Sıçuan vilayətindəki Siçan kosmodromundan "Long March 2C" raket daşıyıcısı ilə həyata keçirilib. Bildirilib ki, peyklər müəyyən edilmiş orbitə buraxılıb.
Bu, "Long March" seriyalı raketin 508-ci buraxılışıdır.