99
Bakı. AzerVoice:
Rusiya ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
AzerVoice-nin məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, iclasın 5 fevral Nyu-York vaxtı ilə saat 16:00-da baş tutacağı gözlənilir.
"Biz indicə ABŞ-ın İraq və Suriyaya zərbələri nəticəsində sülh və təhlükəsizliyə yaratdığı təhdidlərlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etmişik. Bu ayda sədrlik edən Qayana dövləti onu fevralın 5-də Nyu-York vaxtı ilə saat 16:00-a təyin etməyi planlaşdırır", - deyə o yazıb.