93
Bakı. AzerVoice:
Fransız gəmiçilik şirkəti CMA CGM Qırmızı dəniz və Ədən körfəzini birləşdirən Bab əl-Məndab boğazında ABŞ qüvvələri ilə Husilər arasında davam edən qarşıdurmalar səbəbilə bütün yük daşımalarını dayandırıb.
AzerVoice xəbər verir ki, şirkət bu barədə yazılı açıqlama verib.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər ticarət gəmilərinə hücumlarını davam etdirirlər.