Bakı. AzerVoice:
İsrail Qəzza zolağındakı tunellərin 80 faizinə nəzarət edə bilmir.
AzerVoice-nin məlumatına görə, bu barədə The Wall Street jurnalı paylaşım edib.
“İsrailin həftələrlə Həması məhv etmək səylərinə baxmayaraq, HƏMAS-ın Qəzza zolağının altında bir-birinə bağlı olan geniş tunellərinin 80%-i toxunulmaz qalır və bu, İsrailin əsas hərbi məqsədlərə çatmasına mane olur.” - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 min 83 nəfərə çatıb.
Hafiz Rufizoğlu