Əsas səhifə » Finlandiya UNRWA-ya maliyyə dəstəyini dayandırıb

Finlandiya UNRWA-ya maliyyə dəstəyini dayandırıb

Bakı. AzerVoice:

Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırıb.

AzerVoicenin məlumatına görə, bu barədə Finlandiyanın İnkişaf Əməkdaşlığı və Xarici Ticarət naziri Ville Tavio sosial media platforması X-də paylaşım edib.

Paylaşımda, UNRWA əməkdaşlarının Həmas-ı dəstəklədiyinə dair iddiaların “son dərəcə narahatedici” olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Finlandiya maliyyə dəstəyini İsrail rəsmilərinin bəzi UNRWA əməkdaşlarının HƏMAS-ı dəstəklədiyinə dair iddialarından sonra dayandırıb.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2025 © Azervoice