98
Bakı. AzerVoice:
Britaniya və Kanada hökumətləri kənd təsərrüfatı məhsullarına rüsumlarla bağlı fikir ayrılıqlarına görə yeni ticarət sazişi üzrə danışıqları dayandırıblar.
AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya hökumətinin nümayəndəsi məlumat yayıb.
Britaniya və Kanada iki il əvvəl “Brexit”dən sonra yeni ticarət sazişi üzrə danışıqlara başlayıb.
O vaxtdan ölkələr arasında ticarət əlaqələri keçid sazişi ilə tənzimlənir.