15
BAKI,AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələ ilə bağlı ilkin araşdırmaların nəticələrini açıqlayıb.
AzerVoice xəbər verir ki, aparılan ilkin yoxlamalar zamanı avtomobil yolları, hava limanları, dəmir yolları və metro xətlərində hər hansı bir ziyan və ya mənfi vəziyyət müşahidə olunmayıb.
“İlkin yoxlamalarımız zamanı magistral yollarımızda, hava limanlarımızda, qatarlarımızda və metrolarımızda hər hansı zədə və ya neqativ hal aşkar etmədik” - deyə Uraloğlu qeyd edib.
Qeyd edək ki, İstanbulun Silivri bölgəsində bu gün 6,2 bal gücündə zəlzələ baş verib və ətraf bölgələrdə də hiss olunub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.