Əsas səhifə » Azərbaycan və Ermənistan arasında sülh bölgənin gələcəyini müəyyən edəcək - Abbas Araqçı

Azərbaycan və Ermənistan arasında sülh bölgənin gələcəyini müəyyən edəcək - Abbas Araqçı

Bakı, AzerVoice

Cənubi Qafqaz regionunda əcnəbi qüvvələrin iştirakı regionun təhlükəsizliyinə heç kömək etməyəcək, əksinə zərərli olacaq.

AzerVoice-in məlumatına görə, bunu Rusiyaya səfəri çərçivəsində İran xarici işlər naziri Abbas Araqçı yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran region məsələlərinin sadəcə region ölkələrinin iştirakı ilə həll edilə biləcəyini düşünür. Bu əsasda 3+3 çərçivəsi və ikitərəfli məsləhətləşmələrlə Cənubi Qafqazdakı məsələlər həll edilə bilər.

Araqçı bildirib ki, İran Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləyir. Bu sazişin imzalanması ilə bölgə daha yeni mərhələyə daxil olacaq və iqtisadi, siyasi və sairə əməkdaşlıq daha da yaxşılaşacaq.

İranlı nazir qeyd edib ki, 3+3 formatında iclaslarda Gürcüstanın hələ də şübhələri var. Bu şübhələrin gələcək iclaslarda aradan qalxacağı gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice