Əsas səhifə » Türkiyə işçi hüquqları sahəsində beynəlxalq qərəzlə üzləşir – Nazir

Türkiyə işçi hüquqları sahəsində beynəlxalq qərəzlə üzləşir – Nazir

BAKI, AzerVoice

“Türkiyəyə qarşı beynəlxalq aləmdə qara təbliğat aparılır”

AzerVoicexəbər verir ki, Türkiyənin Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhan “Beynəlxalq Əmək, Rəqəmsallaşma və Sosial Ədalət Konqresi”ndə çıxışı zamanı beynəlxalq platformalarda Türkiyəyə qarşı ədalətsiz qara təbliğatın aparıldığını bildirib.

O, iş həyatına dair atılan ciddi addımlara baxmayaraq, Türkiyənin “pis ölkələr” sırasına salınmasının haqsızlıq olduğunu qeyd edib.

Nazir 41 ölkədən 200 həmkarlar ittifaqı nümayəndəsinin iştirak etdiyi tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. İşıqhan bildirib ki, həmkarlar ittifaqları və sosial dialoq sahəsində son 23 ildə mühüm irəliləyişlər əldə olunub. 2002-ci ildə 650 min olan həmkarlar ittifaqı üzvlərinin sayı bu gün 2,3 milyona çatıb. Dövlət sektorunda birləşmə nisbəti isə 50%-dən 75,2%-ə yüksəlib.

Nazir, konstitusiyaya uyğun olaraq dövlət qulluqçularına kollektiv danışıqlar hüququnun təmin edildiyini və bu sahədə mühüm sosial və maddi irəliləyişlərə nail olunduğunu bildirib. Eyni zamanda, qadınlara qarşı hicab yasağının aradan qaldırılmasının insan hüquqları baxımından vacib addım olduğunu qeyd edib.

Qeyd edək ki, İşıqhan bəzi beynəlxalq həmkarlar ittifaqlarının Türkiyənin iş həyatına dair təhrif olunmuş məlumatlarla yanlış rəy yaratmağa çalışdığını vurğulayıb və bunun böyük ədalətsizlik olduğunu bildirib. O, Memur-Sən təşkilatı başda olmaqla, Türkiyədə həmkarlar ittifaqı hüquqlarını və beynəlxalq normalara uyğun əmək mexanizmlərini müdafiə edən qurumlara təşəkkür edib. Nazir çıxışının sonunda yaxın tarixdə olacaq 1 May Əmək və Həmrəylik Günü münasibətilə həmkarlarını təbrik edib və əmək və sosial ədalətin bəşəriyyətin gələcəyi üçün mühüm olduğunu qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice