Bakı, AzerVoice
İsrailin işğalı altında olan Əl-Əqsa məscidinə edilən hücumların dövlət tərəfindən maliyyələşdirilməsi qərarı 30 İsrail din adamı tərəfindən etirazla qarşılanıb.
AzerVoice xəbər verir ki, bu barədə İsrail KİV "Dini Sionizm Hərəkatı"na aid olan 30 ravvinin İsrailin ifrat sağçı İrs naziri Amiçay Eliyahuya göndərdiyi məktubda deyilir.
Məktubda, İrs Nazirliyinin Əl-Əqsa məscidinə edilən basqınları maliyyələşdirmək niyyətində olduğu qeyd edilib.
Əsrlər boyu baş ravvinlərin Heykəl Dağına (Məscidül-Əqsaya) hətta ibadət üçün belə girməsi qadağan olub. Ravvinlər məktubda xatırladıb ki, irs naziri Eliyahunun babası keçmiş baş ravvin Morçai Eliyahu da həmçinin Məscidül-Əqsaya girməyin haram olduğuna dair fətva verənlər arasında olub.
Məktubda Məscidül-Əqsaya edilən basqınların mövcud statusu heç bir şəkildə dəyişməyəcəyi bildirilməklə, Əqsa məscidinin qəsəbə və ya səyahət turları üçün uyğun bir məkan olmadığı vurğulanıb.
"Biz tam əminik ki, babanız keçmiş baş ravvin Morçay Eliyahunun yolu ilə gedərək Heykəl dağına turların başladılması ilə bağlı nazirliyin planını ləğv edəcəksiniz",- deyə ravvinlər məktubda bildiriblər.
İsrail Dövlət Televiziyası KAN-nın avqustun 26-da yayımlanan xəbərində isə İsrailin ilk dəfə olaraq İrs Nazirliyi vasitəsi ilə Məscidül-Əqsaya bələdçilik turlarını maliyyələşdirəcəyi bildirilib.
Qeyd edək ki, İsrail İrs Nazirliyi sözügedən turların təşkilində polisdən icazə almaq üçün ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvirin ofisi ilə əlaqə saxlayıb
