Əsas səhifə » İyidere Limanı Türkiyənin strateji mövqeyini gücləndirəcək-Abdulkadir Uraloğlu

İyidere Limanı Türkiyənin strateji mövqeyini gücləndirəcək-Abdulkadir Uraloğlu

Bakı, AzerVoice

İyidere Logistika Limanı Türkiyənin strateji mövqeyini gücləndirəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, Rize İyidere Logistika Limanının Qafqaz və Yaxın Şərq ölkələri arasında potensial trafikdən yaranacaq birləşmiş daşıma zəncirinin mərkəzi olacağını bildirib.

“Türkiyə Qafqaz ölkələrindən və Rusiyadan Afrikaya uzanan şimal-cənub dəhlizlərinin mərkəzidir. Limana gələn yüklər Ərzurum, Bingöl, Diyarbəkir və Mardin marşrutu üzrə magistral nəqliyyat vasitəsilə İnkişaf Yolu ilə birləşdiriləcək.” – deyə Uraloğlu qeyd edib.

O bildirib ki, Türkiyənin beynəlxalq ticarət yollarına qoşulması ilə strateji mövqeyi gücləndiriləcək.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice