Əsas səhifə » Türkiyə məhsulları bütün dünyaya ixrac olunur – Haluk Görgün

Türkiyə məhsulları bütün dünyaya ixrac olunur – Haluk Görgün

BAKI, AzerVoice

Türkiyənin müdafiə və aviasiya sahəsində ixracatı 1,4 dəfə artaraq tarixi rekorda imza atıb

AzerVoice xəbər verir ki, 2025-ci ilin mart ayında Türkiyənin müdafiə və aviasiya sənayesi üzrə ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq 358 milyon dollardan 884 milyon dollara yüksəlib.

Bu barədə Müdafiə Sənayesi Başqanı Haluk Görgün məlumat verib.

Görgün bildirib ki, ilin ilk rübündə də ixrac göstəriciləri güclü artım nümayiş etdirib – ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artaraq 1,7 milyard dollara çatıb.

O, ixracın yüksək əlavə dəyərli məhsullar və geniş coğrafiyalara yönəlmiş strateji yanaşma nəticəsində bu səviyyəyə çatdığını vurğulayıb. "Artıq məhsullarımız demək olar ki, bütün dünyaya ixrac olunur və sahədə texniki dəstək, sürətli geribildirim və logistik xidmətlərlə rəqabət üstünlüyü əldə etmişik", – deyə o qeyd edib.

Qeyd edək ki, Müdafiə Sənayesi Başqanlığı beynəlxalq fəaliyyətlərini genişləndirməyi, ixracatçı şirkətlərin sayını artırmağı və bu uğuru davamlı inkişafa çevirməyi hədəfləyir. Görgün, sektorda çalışan hər kəsi bu uğura verdikləri töhfəyə görə təbrik edib.

Digər Kateqoriyalar

2025 © Azervoice