BAKI, AzerVoice
İqtisadiyyatdakı qarışıqlıq qalıcı deyil.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək deyib.
Şimşək, dünyadakı dəyişən iqtisadi vəziyyətin Türkiyəyə də təsir etdiyini qeyd edib.
Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı da məlumat verən Şimşək, ölkənin artım potensialının yüksək olduğunu ifadə edib.
Eyni zamanda, Türkiyədə demoqrafik dəyişikliklərdən danışan Şimşək, yaşlanma prosesinin sürətlə baş verdiyini, lakin hələ də ölkənin əhali baxımından üstünlüyə sahib olduğunu bildirib. O, qadınların iş gücünə qatılımının artırılması məqsədilə islahatlar həyata keçiriləcəyini vurğulayıb.
İnflyasiya ilə bağlı vəziyyəti də qiymətləndirən Şimşək, inflyasiyanın nəzarət altına alındığını və 2024-cü ilin ikinci yarısından etibarən deflyasiya dövrünə daxil olunduğunu açıqlayıb.