BAKI, AzerVoice
Türkiyədə 9 ayrı mütəşəkkil cinayət qrupu məhv edilib.
AzerVoice xəbər verir ki, Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya, mart ayında keçirilən
əməliyyatlar nəticəsində 9 mütəşəkkil cinayət qrupunun məhv
edildiyini açıqlayıb.
Yerlikaya, jandarma və təhlükəsizlik qüvvələrinin Kahramanmaraş,
Adana, Sakarya, Balıkəsir və Antalya kimi şəhərlərdə başçılıq
etdiyi mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat keçirdiyini
bildirib.Həmçinin, İstanbulda da əməliyyatlar aparılaraq bir çox
şübhəlinin saxlanılması təmin edilib.
Açıqlamada, əməliyyatlarda 142 nəfər şübhəlinin tutulduğu, onlardan 86-nın həbs edildiyi və 19 nəfər barəsində məhkəmə nəzarəti qərarının verildiyi qeyd edilib. Yerlikaya, əməliyyatlarda çox sayda silah, narkotik maddə və digər qanunsuz əşyaların ələ keçirildiyini bildirib. Nazir, cinayətkarların cəzasız qalmasının qarşısını almaq üçün mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.
19-27 Mart 2025 tarihleri arasında Emniyetimiz ve Jandarmamız tarafından 9 ayrı Organize Suç Örgütü Çökertildi. 86 şüpheli tutuklandı
— Ali Yerlikaya (@AliYerlikaya) April 7, 2025
JANDARMAMIZ tarafından;
Kahramanmaraş’ta H.Ö.’nün,
Adana’da B.P.’nin,
Sakarya’da B.İ.’nin,
Balıkesir’de K.C.Ş.’nin ve
… pic.twitter.com/nfAEpmrbPI