BAKI, AzerVoice
İsrail ordusunun Fələstin torpaqlarında mövcudluğu qəbuledilməzdir.
AzerVoice xəbər verir ki, bu sözlər HƏMAS-ın "Torpaq günü” münasibətilə yaydığı bəyanatda yer alıb.
“Qüds şəhəri və Müqəddəs Əl-Əqsa məscidi bizim tarixi torpaqlarımızdır. İşğalçıların bu torpaqlarda mövcudluğu qəbuledilməzdir. Onlar Fələstinindir – keçmişdə də belə olub, gələcəkdə də belə olacaq", - deyə bəyanatda qeyd olunub.
Bəyanatda həmçinin, HƏMAS Qüdsü və Əl-Əqsa məscidini müdafiə etməyə sadiq qaldığını vurğulayıb.
Bununla yanaşı bəyanatda vurğulanıb ki, Fələstin torpaqlarının və müqəddəs məkanlarını qorunmasının yeganə yolu müqavimətdir. HƏMAS, bu müqavimətin paytaxtı Qüds olan Fələstin dövlətinin qurulmasına qədər davam edəcəyini bildirib.