BAKI, AzerVoice
Türkiyə ilə Suriya arasında hava əlaqəsinin genişləndirilməsi çərçivəsində yeni uçuş marşrutları istifadəyə veriləcək.
AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, AJet-in Ankara və İstanbul Sabiha Gökçen hava limanlarından Şama müntəzəm uçuşlar həyata keçirəcəyini açıqlayıb.
Nazir bildirib ki, ilk uçuş 21 aprel 2025-ci ildə Sabiha Gökçen Hava Limanından baş tutacaq. Bu marşrut üzrə reyslər bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək. Ankara Esenboğa Hava Limanından isə uçuşlar 22 aprel tarixindən etibarən həftədə üç dəfə—çərşənbə axşamı, cümə axşamı və bazar günü təşkil ediləcək.
Qeyd edək ki, yanvar ayında İstanbul-Şam uçuşlarının bərpa edilməsi ilə Türkiyə Suriyanı hava yolu vasitəsilə dünya ilə yenidən əlaqələndirməyə başlayıb.