BAKI, AzerVoice
Türkiyənin Avropa Şurasındakı çıxışı avropalıları təəccübləndirib.
AzerVoice xəbər verir ki, Fransanın
Strasburq şəhərində keçirilən Avropa Şurasının Yerli və Regional
Hakimiyyətlər Konqresində Türkiyəni təmsil edən Ordu Böyükşəhər
Bələdiyyə Başçısı Mehmet Hilmi Gülər sərt çıxışı ilə diqqət
çəkib.
O, bəzi Avropa ölkələrinin keçmişinin "çirkli" olduğunu
vurğulayaraq, onların Türkiyəyə demokratiya dərsi keçməyə haqqı
olmadığını bildirib.
Gülər çıxışında Avropa Şurasında aparılan müzakirələrin qərəzsiz olması gərəkdiyini qeyd edərək, bəzi ölkələrin demokratiya adı altında seçici yanaşma nümayiş etdirdiyini bildirib. O, həmçinin, Avropanın insan haqlarından danışdığı halda Fələstin, Qəzza və Suriya məsələlərinə yetərincə diqqət ayırmadığını önə çəkib.
Qeyd edək ki, Gülər çıxışında Avropa üçün əsas məsələlər arasında NATO və enerji təhlükəsizliyinin də yer aldığını bildirib və Avropa ölkələrinin bu mövzularda daha açıq müzakirələr aparmalı olduqlarını vurğulayıb.